İranda jurnalist qadınların ilk məhkəmə iclasları keçirildi
Həmçinin, keçmiş mədəniyyət direktoru və jurnalist Mina Əkbəri bir sıra tvitlərində məhkəmə barədə silsilə tvitlər paylaşıb. Onun sözlərinə görə, İlahə Məhəmmədinin məhkəmə iclası iki saata yaxın davam etdikdən sonra, jurnalistə ailə üzvləri ilə görüşə icazə verilmədən o, “qara pəncərəli” mikroavtobusda yenidən Evin həbsxanasına aparılıb.
Bu gün, mayın 30-da isə Məhsa Əmininin ölümü ilə bağlı xəbər yaydığına görə həbs olunan “Şərq” qəzetinin jurnalisti Nilufər Hamidinin məhkəməsi keçirilib.
Bundan əvvəl bu iki jurnalistin “düşmən Amerika hökuməti ilə əməkdaşlıq” və “rejim əleyhinə təbliğat fəaliyyəti” ittihamları açıqlanmışdı. Son günlər bir çox media və vətəndaş fəalları onların məhkəmə proseslərinin açıq keçirilməsini tələbini irəli sürsələr də, İrah hakimiyyəti öz repressiya ənənəsinə sadiq qalıb.
AzVision.az
Teqlər: İran jurnalistlər