Şəmxaninin işdən çıxarılmasının əsas səbəbi bilindi
“Şəmxani qızının təkidi ilə Hatəmini dəvət etdikdən sonra təhlükəsizlik işçiləri onun toy mərasimində iştirakına mane olublar. Şəmxani əvvəlcə Hatəmini dəvət etməkdə tərəddüd göstərsə də, övladının təkidi ilə islahatların lideri kimi tanınan bu siyasi xadimə yaxınlaşmağa razılaşıb”, - saytın yaydığı xəbərdə deyilir.
Saytın İrandakı fundamentalistlərə yaxın mənbəyə istinadən verdiyi məlumata görə, bu hərəkət hakimiyyəti qəzəbləndirib və Şəmxanini tutduğu vəzifədən uzaqlaşdırılması barədə qərarın verilməsində katalizator rolunu oynayıb.
Şəmxaninin vəzifədən uzaqlaşdırılmasında siyasi amillərin əsas rol oynadığını etiraf edən keçmiş fundamentalistlərin təmsilçisi bildirib ki, “xırda görünən” və şəxsi insidentlər bəhanəsi ilə mühüm siyasi qərarlar vermək İran hökumətində görünməmiş bir hadisə deyil. Elə bu reallıqlar fonunda da 10 ilə yaxın Ali Milli Təhlükəsizlik şurasının katibi olmuş Şəmxanini SEPAH-ın Birləşmiş Qərargahının keçmiş komandiri Əli Əkbər Əhmədiyan əvəzləyib.
AzVision.az