ABŞ İranı nüvə silahına sahib olmağa qoymayacaq

 ABŞ İranı nüvə silahına sahib olmağa qoymayacaq
  31 May 2023    Oxunub:905
Tehranın hər vəchlə nüvə silahına sahib olmaq cəhdləri ABŞ-ni və onun müttəfiqlərini çox narahat edir. İranın bu yöndə göstərdiyi səyləri puça çıxarmaq üçün Vaşinqton bütün vasitələrdən istifadə etməyi məqbul sayır.
AzVision.az xəbər veir ki, ABŞ-nın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali Milli İctimai radioya müsahibəsində Vaşinqtonun hərbi varianta əl atmaq bahasına belə, İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini deyib.
“Əgər onların nüvə bombası əldə etmək üçün addımlar atdıqları qənaətinə gəlsək, biz də çəkindirici tədbirlər görəcəyik və heç bir variantı istisna etməyəcəyik. Ancaq eyni zamanda, biz diplomatik həll yolları axtarırıq, çünki düşünürük ki, bu, nüvə bombasının əldə edilməsinin qarşısını almaq üçün ən etibarlı yoldur və bu, uzunmüddətli perspektivdə işləyəcək”, - Robert Milli vurğulayıb.

İranın nüvə bombasına nə qədər yaxın olduğu barədə suala cavabında Robert Mali Amerika rəsmilərinin əvvəlki açıqlamalarını təkrarlayaraq bildirib ki, əgər İran uranı nüvə silahı istehsalı üçün lazımi səviyyəyə qədər zənginləşdirməyə qərar versə, bu səviyyəyə çatmağa cəmi “bir neçə həftə” kifayətdir. Bununla belə, Robert Milli zənginləşdirilmiş uranı nüvə bombasına çevirmək üçün İranın nə qədər vaxt sərf edəcəyi barədə məlumatın məxfi xarakter daşıdığını bildirib.
- Onlar qısa müddət ərzində silah dərəcəli urana sahib olacaqlar. Lakin bomba hazırlamaq daha uzun çəkəcək”, - Robert Mali Milli deyib.

Sahil İsgəndərov
Kamran İsayev

AzVision.az


Teqlər: ABŞ   İran  





Xəbər lenti