Paşinyan: "44 günlük müharibə 2018-ci ildə Serj Sarkisyan tərəfindən elan edilmişdi”
İrevanda keçirilən "Erməni Demokratiya Forumu"nda çıxış edən Paşinyan 2020-ci il müharibəsini 2016-cı ilin aprel eskalasiyasının davamı adlandırıb.
O qeyd edib ki, "Gəlin 2018-ci ilin aprelində baş nazirliyə namizəd kimi çıxış edən Serj Sarkisyanın bu müharibəni elan etməsini unutmayaq. O zaman Ermənistanda hakimiyyət dəyişikliyi olmamışdı və bu, çox vacib bir durum idi. Niyə demokratik rəhbərlik müharibədən yayına bilmədi?Ona görə ki, yeni hökumət Dağlıq Qarabağla bağlı reallıqla üzləşdi. Hansı ki, onu tam şəkildə “həzm etmək” mümkün deyildi”, - o qeyd edib.
Onun sözlərinə görə, Qarabağla bağlı həqiqətləri nə yeni hakimiyyət, nə də cəmiyyət həzm edə bilməyib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Sarkisyan