İranın məhkəmə hakimiyyəti edamlara haqq qazandırır
““Qadın, Həyat, Azadlıq” etirazları ilə əlaqədar olaraq, qanuna uyğun şəkildə əməllərinə və cinayətlərinə görə edam ediliblər. Edam edilməli olanlara gəldikdə isə, heç bir güzəştə gedilmədən və təbii ki, qanuni standartlara və ədalətə tam riayət etməklə onlara verilən cəzalar icra olunacaq”, - Ajei deyib.
Məhkəmə hakimiyyəti rəhbəri hüquqi standartlara tam əməl olunmasından, insaf və ədalətdən danışsa da, İnsan haqları təşkilatlarının çoxsaylı hesabatları göstərir ki, İranın məhkəmə sistemi bir çox məhbusun işi üzrə məhkəmə prosesinə uyğun gəlmir və müttəhimlərin müdafiəçi ilə görüşmək imkanı yoxdur. Bu isə, hakimiyyət bölgüsü prinsipinə görə, qanunverici və icraedici orqanlar arasında arbitr rolunda çıxış etməli olan məhkəmə hakimiyyətinin əslində İranda vətəndaşlara qarşı aparılan repressiya siyasətinin vacib aktorlarından birinə çevrildiyiyni sübuta yetirir.
Sahil İsgəndərov
Kamran İsayev
AzVision.az