BƏƏ “Wall Street Journal”ın məlumatını təkzib edib
Lakin Əmirlik rəsmilərinin açıqlamasında ölkənin təhlükəsizlik əlaqələrini qiymətləndirdikdən sonra, BƏƏ-nin iki ay əvvəl ABŞ-ın rəhbərlik etdiyi Yaxın Şərq Dəniz Təhlükəsizliyi alyansından çıxdığını vurğulanıb. Bununla belə, Əmirlik səlahiyyətliləri regionun təhlükəsizliyini və sabitliyini inkişaf etdirmək üçün dialoq və diplomatik qarşılıqlı fəaliyyətə, beynəlxalq qanunlara uyğun şəkildə sularında gəmiçilik təhlükəsizliyini təmin etməyə BƏƏ-nin sadiq qaldığını bildiriblər.
Sözügedən Təhlükəsizlik koalisiyası ABŞ-ın Bəhreyndəki hərbi dəniz bazasında yerləşən 34 ölkədən ibarət işçi qrupdur.
AzVision.az