İranın dövlət mediası: "Tehran MAQATE ilə problemi həll edəcək"
Son iki ildə Beynəlxalq Atom Enerjisi agentliyi dəfələrlə İrandan uran hissəciklərinin aşkarlandığı, lakin elan olunmamış üç yerlə bağlı izahat tələb edib. MAQATE-nin Baş direktoru Rafael Qrossi bu tələb çərçivəsində İranın hələ də Mərivan, Abadə və Torquzabad ərazilərində əldə edilən uran izləri ilə bağlı etibarlı və inandırıcı cavablar vermədiyini açıqlayıb.
Maraqlıdır ki, İranın dövlət mediası Tehrandan Abadədə aşkarlanan uranın mənşəyi ilə bağlı izahatın tələb olunması məsələsinə toxunmayaraq, yalnız MAQATE-nin ekspertlərinə bu əraziyə girişə icazəsi verildiyi və işin tezliklə bağlanacağını bildirilir.
Həmçinin xəbərdə İranın Fordu nüvə təsisatında təxminən 84% zənginləşdirilmiş uranın tapılması məsələsinin İranın texniki izahatları ilə həll olunduğu deyilir.
AzVision.az