Milyarder millət vəkili qeyd edib ki, o əvvəlki tək Ermənistan-Türkiyə sərhədlərinin açılmasının və iki dövlət arasında münasibətlərin normallaşmasının tərəfdarı olaraq qalır.
Ermənistan Türkiyə ilə sərhəddə körpü tikəcək |
"Mən bunun tərəfdarıyam. Çünki bunun ölkəm üçün faydalı olduğunu anlayıram. Əgər Ermənistan məhsulları Türkiyə vasitəsilə Avropaya ixrac edilərsə, həm nəqliyyat xərcləri azalar, həm də mallar rəqabətə davamlı olar", - deputat vurğulayıb.
Qeyd edək ki, Sukiasyan ailəsinə məxsus “FlyOne” aviaşirkəti aprelin 29-dan etibarən İstanbul və bir sıra Avropa ölkələrinə uçuşlar həyata keçirə bilmir. Çünki Türkiyə Ermənistan təyyarələrinin öz hava məkanını keçməsini qadağan edib. Türkiyə həmçinin Ermənistanın baş naziri Nikol Paşinyana xidmət edən Air Force One üçün də hava məkanını bağlayıb.
Tural Tağıyev
AzVision.az