İran əhalisinin yoxsullaşması təhlükəli tendensiyaya çevrilib

   İran əhalisinin yoxsullaşması təhlükəli tendensiyaya çevrilib
  01 İyun 2023    Oxunub:746
Qərbin sərt sanksiyalar rejimi və hökumətin yürütdüyü iqtisadi siyasət İranda insanların yoxsullaşması dinamikasın sürətləndirib.
AzVision.az bildirir ki, İslam Şurası Araşdırma mərkəzinin dərc etdiyi yeni hesabatında 2011-2021-ci illər arasında İranın yoxsul əhalisinə təxminən 11 milyon insanın əlavə olunduğu deyilir. Hesabatda, ümumilikdə İranda yoxsulluq səviyyəsinin 2006-cı ildən artmağa başladığı və 2018-ci ildən bəri bu rəqəmin 30%-i keçdiyi vurğulanır. 2021-ci ildə yoxsulluq səviyyəsi kənd yerlərində 35,6%, şəhərlərdə isə 28,8% təşkil edib. Yoxsulların artımı ilə yanaşı, yoxsulluq səviyyəsi, yəni yoxsullarla yoxsulluq həddi arasındakı məsafə də 2020 və 2021-ci illərdə ən yüksək həddə, yəni təxminən 27%-ə çatıb. Həmçinin İrandakı mənzil qiymətləri nəzərə alınarsa, kirayəçilər kirayə haqqını ödədiklərinə görə digər xərclərini, xüsusilə də yeməklərini azaltmalı olublar.

Həmçinin hesabatda İranın orta dünya səviyyəsindən aşağı gəlirli ölkələr kateqoriyasına düşdüyü bildirilir.

AzVision.az


Teqlər: İran   yoxsulluq  





Xəbər lenti