Lukaşenko: "Vəziyyət daha da gərginləşir"

      Lukaşenko:    "Vəziyyət daha da gərginləşir"
  01 İyun 2023    Oxunub:1173
"MDB ətrafında hərbi-siyasi vəziyyət getdikcə daha da gərginləşir və bundan sonra da gərginləşəcək".
AzVision.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşündə bildirib.

“Başa düşməliyik ki, ətrafımızdakı böyük oyunçular Rusiyanı, Belarusu, Mərkəzi Asiyanı yavaş-yavaş bir-birindən ayırmağa çalışır.

"Biz buna imkan verməməliyik. NATO bloku ölkələrinin artan hərbiləşməsini və bizim ümumi ərazimiz yaxınlığında qoşunların görünməmiş cəmləşməsinin münaqişələri qızışdırdığını görürük”, - Lukaşenko bildirib.

Onun fikrincə, bu gün əsas təhlükələrdən biri psixoloji təsir, bilərəkdən yalan, saxta məlumatların yayılmasıdır. "Bu cür hərəkətlərin məqsədi dövlətlərin beynəlxalq aləmdə nüfuzunu sarsıtmaqdır. Saxtakarlığın altında bəzən təhlükəli, aqressiv hərəkətlər olur", - Belarus lideri qeyd edib.

Lukaşenko vurğulayıb ki, Qərbin faktiki informasiya inhisarçılığı, internetə, böyük sosial şəbəkələrə və beynəlxalq mediaya nəzarət buna kömək edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti