"Uşaq alveri ilə məşğul olan ermənilər xəstəxana və hökumətdə işləyirlər" - Open Democracy

  "Uşaq alveri ilə məşğul olan ermənilər xəstəxana və hökumətdə işləyirlər"    - Open Democracy
  01 İyun 2023    Oxunub:1616
“Ermənistanda körpə uşaqları satmaqda ittiham olunan şəxslər hələ də xəstəxanalarda və dövlət orqanlarında çalışırlar”.
Bu fikirlər Böyük Britaniyanın məşhur “ Open Democracy ” saytında dərc olunan məqalədəndir.

“Open Democracy” və İtaliyanın “ IrpiMedia ” saytının apardığı birgə araşdırma nəticəsində məlum olub ki, erməni uşaqları italiyalı cütlüklərə satmaqda ittiham olunan və qeyri-qanuni şəbəkənin rəhbəri Anuş Qarsantsyan hələ də övladlığa götürmə prosesinin təşkili ilə məşğuldur.

Ermənistanda narkotika biznesi: Yüksək vəzifəlilər həbs ediləcək
Maraqlıdır ki, bu iş üzrə ittiham olunan digər 11 nəfərin əksəriyyəti, o cümlədən Ermənistanın baş mama-ginekoloqu, ölkələrarası övladlığa götürmə ilə bağlı cavabdeh şəxs olan hökumət rəsmisi və uşaqların müdafiəsi işçiləri də yüksək vəzifələrdə işləməkdə davam edirlər.

Yayılan bu sensasiyalı informasiya 2015 – 2018-ci illər arasında 20 erməni uşağın övladlığa götürülməsi ilə bağlı açılan cinayət araşdırmasından 4 il sonraya təsadüf edir. Məqalədə qeyd edilir ki, həmin məsul şəxslər uşaq alqı-satqısı, vəzifə səlahiyyətlərindən sui-istifadə və övladlığa götürmə ilə bağlı külli miqdarda çirkli pulların yuyulması kimi cinayətlərdə ittiham olunublar. Bu qalmaqallı ittihamlar İtaliyanın 2021-ci ilin iyununda Ermənistandan övladlığa uşaq götürmə prosesini dayandırmasına gətirib çıxarıb.

“Amma araşdırmamız nəticəsində məlum olub ki, ötən il Ermənistandan İtaliyaya ən azı 3 övladlığa götürmə halı qeydə alınıb. Qarsantsyan 2005-ci ildən İtaliyanın övladlığa götürmə agentliklərindən pul almaqda ittiham olunur. Prokurorluq onun və rəhbərlik etdiyi şəbəkənin ümumilikdə 61 uşağı satdığını iddia edir. İddia sənədlərində qeyri-qanuni şəbəkənin digər adı çəkilən üzvlərinin, o cümlədən İrəvandakı uşaq evinin keçmiş direktoru, doğumları qeyd edən və şəxsi sənədləri təşkil edən aidiyyəti dövlət orqanının keçmiş rəhbəri, İrəvan doğum evinin direktoru və direktor müavini, habelə həkim, Ədliyyə Nazirliyində, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan yüksəkvəzifəli şəxslərin adları qeyd edilib. Onlara qarşı irəli sürülən ciddi ittihamlara baxmayaraq, doğum evinin direktoru və onun müavini hələ vəzifələrini icra edirlər”, - yazıda vurğulanır.

Ermənistan İstintaq Komitəsi isə iddia edir ki, cinayətkar dəstə bəzi körpələri uşaq evlərinə rahat vermək üçün doğum evində yatan hamilə analar üzərindən manipulyasiya ilə məşğul olublar. Onlar valideynlərin razılığı ilə yeni doğulanları kimsəsizlər evinə köçürüb, buradan isə övladlığa götürmək istəyən əcnəbi cütlüklərə rahat şəkildə satıblar: "Müstəntiqlər bildirirlər ki, qrup üzvləri valideynlərin yeni doğulacaq körpələrini övladlığa verməkdən imtina etmə ehtimalını artırmaq üçün bəzi erməni uşaqların xəstəliklərlə doğulması prosesini təşkil ediblər. Hətta bu cür tibbi hadisənin baş verməsi görünütüsünü yaratmaq üçün saxta sənədlərdən də istifadə edilib".

Saytın araşdırmasında qeyd edilir ki, Qarsantsyan insan alverindən əldə etdiyi gəlirlərə ciddi nəzarət edirmiş. Prokurorlar onun övladlığa götürmə prosesindəki "rol"una görə bir milyon avrodan çox qazandığını iddia edirlər.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   İnsan-lveri   Övladlığa-Götürmə  





Xəbər lenti