"İlham Əliyev və Paşinyanla görüşümüzdə irəliləyiş oldu"

   "İlham Əliyev və Paşinyanla görüşümüzdə irəliləyiş oldu"
  01 İyun 2023    Oxunub:1213
"Ermənistan və Azərbaycan liderlərinin Moldova görüşündə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün siyasi iradə təsdiqlənəcək”.
AzVision.az xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

"Bu, mühüm görüşdür... Bir neçə həftə əvvəl Brüsseldə Ermənistan və Azərbaycan liderləri ilə görüşmək imkanım oldu. Biz müəyyən irəliləyiş əldə etdik. Ümid edirəm ki, budəfəki danışıqlar da münasibətləri normallaşdırmaq üçün ümumi siyasi iradəni təsdiqləməyə əsas verəcək”, - deyə o bildirib.

Xatırladaq ki, Moldovanın Kişinyovdan 45 kilometr aralıda yerləşən Bulboaka kəndində Avropa Siyasi Birliyinin sammiti keçirilir. Mişelin Paşinyan və İlham Əliyevlə danışıqları bu sammit çərçivəsində planlaşdırılır. Azərbaycan prezidenti, Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri və Avropa Şurasının sədri arasında da beştərəfli görüş baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl Ermənistan və Azərbaycan liderləri mayın 14-də Ş. Mişelin iştirakı ilə Brüsseldə, mayın 25-də isə Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə danışıqlar aparıblar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: ŞarlMişel  





Xəbər lenti