Azərbaycan və Fransa prezidentləri danışıblar

   Azərbaycan və Fransa prezidentləri danışıblar
  01 İyun 2023    Oxunub:1453
Fransa və Azərbaycan prezidentləri Avropa Siyasi Birliyinin 2-ci Zirvə Toplantısı çərçivəsində danışıblar.
Moldova paytaxtından 35 kilometr aralıda yerləşən Bulboaka kəndində keçirilən sammitdə 50-yə yaxın ölkənin dövlət və hökumət başçıları iştirak edir.

Liderlər Avropada sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyi və dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə edirlər.

Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Makronla İlham Əliyev arasında qısa ünsiyyətin təfərrüatları açıqlanmayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İlhamƏliyev  





Xəbər lenti