İranlı vəkil: "İnqilab məhkəməsi siyasi məsələlərə baxa bilməz"

   İranlı vəkil: "İnqilab məhkəməsi siyasi məsələlərə baxa bilməz"
  01 İyun 2023    Oxunub:1121
İran məhkəmələrinin vətəndaş hüqulqarını müdafiə edən və bu sahədə ölkədəki mövcud vəziyyətlə barışmaq istəməyən jurnalistlərin həbsi ilə bağlı çıxardıqları ədalətsiz hökmlər ciddi reaksiyalara səbəb olur.

AzVision.az xəbər verir ki, Məhsa Əmininin İranın Əxlaq polisi bölməsində ölümü barədə xəbərlər yaydıqlarına görə Nilufər Hamidi və İlahə Məhəmmədinin mühakimə edilmələrinə münasibət bildirən vəkil Arəş Keyxosrovi İnqilab məhkəməsinin belə səlahiyyətlərə malik olmadığını deyib.

- Konstitusiyaya və adi qanunlara görə, İnqilab məhkəməsinin şöbələrinin siyasi və mətbuat işlərinə baxmaq səlahiyyəti yoxdur və cinayətin qərəzli elan edilməsi onlar üçün belə bir səlahiyyət yaratmır. Qanun və sənədlərə görə, təqsirləndirilən şəxs indiyədək müvafiq təhlükəsizlik qərarı ilə azadlığa buraxılmalı və iş Cinayət məhkəməsinin şöbələrindən birinə verilməli idi. Onda iş əsl hakim heyətinin, şahid və məhkəmə iştirkaçılarının iştirakı ilə araşdırılacaqdı və ədalət məsxərə ilə deyil, real şəkildə bərqərar olacaqdı” - Keyxosrovi vurğulayıb.

Qeyd edək ki, bu iki qadın müxbirin ittihamları üzrə ilk məhkəmə iclasları İnqilab məhkəməsinin 15-ci bölməsi tərəfindən mayın 29-u və 30-da qapalı şəraitdə keçirilib.

AzVision.az


Teqlər: İran   məhkəmə  





Xəbər lenti