İranda ötən ay 142 nəfər edam edilib

   İranda ötən ay 142 nəfər edam edilib
  01 İyun 2023    Oxunub:1021
2023-cü ilin may ayında İranda qadınlar daxil olmaqla, 142 nəfər edam edilib. Bu da 2015-ci ildən bəri ən yüksək aylıq edam statistikasıdır.
AzVision.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatının ötən aya dair hesabatında qeyd edilib.

2023-cü ilin ilk ictimai edamı da may ayında həyata keçirilib. Hesabata əsasən 78 nəfər (55%) narkotiklə bağlı ittihamlara görə edam edilib. May ayında edam edilənlərin 21%-i (30 nəfər) bəluc azlıqları olub

Hesabatda qeyd edilib ki, 2023-cü ildə ən azı 307 nəfər edam edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 76% (174 nəfər) çoxdur.

Təşkilat edamların artması ilə ilə bağlı xəbərdarlıq edərək, beynəlxalq ictimaiyyəti sərt reaksiya verməyə və əməli cəza addımları ilə İranın ölüm maşınını dayandırmağa çağırıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti