Putin kimi özündən vacib hesab etdiyini açıqlayıb

   Putin kimi özündən vacib hesab etdiyini açıqlayıb
  01 İyun 2023    Oxunub:1327
Rusiya prezidenti Vladimir Putin Şaxta babaya inandığını və onu özündən daha vacib hesab etdiyini deyib.
AzVision.az "RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bunu "Valideyn Şöhrəti" ordeni ilə təltif edilmiş ailələrlə görüşündə deyib.

“Məncə, Şaxta baba daha vacibdir. Çünki o, elə bir obrazdır ki, yaxşı əməllərdən qaynaqlanır”, - Putin uşağın prezidentin özünü Şaxta babadan daha vacib hesab edib-etməməsi ilə bağlı sualına cavabında deyib.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Putin bir qızın "Şaxta babaya inanırmı?" sualına cavab verərkən bildirmişdi ki, “bütün normal və ləyaqətli insanlar” ona inanmalıdır.



AzVision.az



Teqlər:





Xəbər lenti