"Bakı və İrəvan 1975-ci ilin xəritələri əsasında delimitasiyaya razıdırlar" - Paşinyan

   "Bakı və İrəvan 1975-ci ilin xəritələri əsasında delimitasiyaya razıdırlar" -    Paşinyan
  01 İyun 2023    Oxunub:1470
"İrəvan və Bakı 1975-ci il Sovet xəritələrinə əsaslanaraq delimitasiyanı həyata keçirməyə şərti razılıq veriblər".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyevlə görüşü şərh edərkən deyib.

Paşinyanın fikrincə, müzakirəni faydalı hesab etmək olar. Danışıqların birinci bəndi tərəflərin Praqada razılaşdığı Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı olub.

"Alma-Ata Bəyannaməsi ondan ibarətdir ki, ölkələr qarşılıqlı ərazi bütövlüyünü, mövcud olanlar daxilində sərhədlərin toxunulmazlığını tanıyır. Yəni Sovet İttifaqının inzibati sərhədləri dövlət sərhədlərinə çevrilir", - Paşinyan bildirib.

Onun sözlərinə görə, iyunun 1-də Moldovada daha bir detal ilkin müzakirə olunub.

“Görünür, tərəflər 1975-ci il xəritələrinin Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə sonrakı iş üçün əsas götürülməsinə qarşı deyillər”, - o, deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Paşinyan  





Xəbər lenti