İrəvan və Bakı ərazi bütövlüyünə hörməti bir daha təsdiqlədi - Yelisey sarayı

   İrəvan və Bakı ərazi bütövlüyünə hörməti bir daha təsdiqlədi -    Yelisey sarayı
  02 İyun 2023    Oxunub:1296
"Azərbaycan və Ermənistan ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiq etdilər". AzVision.az xəbər verir ki, bu deyilir.
“Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri 2022-ci il oktyabrın 6-da Praqada Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş sərhədlərə hörmətlə yanaşmağa sadiq olduqlarını bir daha təsdiq etdilər", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Avropa liderləri Ermənistan və Azərbaycanı bütün öhdəliklərinə, xüsusən də hərbi əsirlərin tezliklə azad edilməsinə əməl etməyə çağırıb.

Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Fransa və Almaniya liderlərinin, eləcə də Avropa Şurasının rəhbərinin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Yelisey  





Xəbər lenti