Kliçko Puşkinin heykəlinin sökülməsinə "hə" dedi

   Kliçko Puşkinin heykəlinin    sökülməsinə "hə" dedi
  02 İyun 2023    Oxunub:1302
Məşhur rus şairi Aleksandr Puşkinin Kiyevin rayonlarından birində yerləşən abidəsi söküləcək.
AzVision.az xəbər verir ki, bu barədə TASS agentliyi Ukrayna KİV-ə istinadən məlumat yayıb.

Bildirilir ki, ideya rayon rəhbərliyi və mer Vitali Kliçko tərəfindən dəstəklənib. Onlar abidənin sökülməsi ilə bağlı vətəndaşların müraciətinə müsbət cavab veriblər.

Son vaxtlara qədər ölkə əhəmiyyətli monumental sənət obyekti statusuna malik olan şairin bu abidəsi Kiyevin Şulyavka mikrorayonunda yerləşirdi. Ötən ay Ukrayna Mədəniyyət Nazirliyi onu bu statusdan məhrum edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Puşkin  





Xəbər lenti