"Bizə yeni "Su"lar lazımdır" - İran Hərbi Hava Qüvvələrinin komandanı

"Bizə yeni "Su"lar lazımdır"    - İran Hərbi Hava Qüvvələrinin komandanı
  02 İyun 2023    Oxunub:1561
İranın "Su" modelli yeni təyyarələrə ehtiyacı var. Lakin onların eskadriyaya daxil edilmə tarixi ölkə rəhbərliyinin qərarından asılıdır.
AzVision.az xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb. İran Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Həmid Vahididən sitat gətirən nəşr yazıb ki, "Su"lar ordunu gücləndirə bilər: "Su" modelli təyyarələrə gəlincə, bəli, onlara ehtiyacımız var. Amma bu təyyarələrin eskadriyamıza nə vaxt daxil ediləcəyini bilmirik".

General onu da qeyd edib ki, yeni təyyarələr əldə etmək üçün hərbçilərin onu istehsal edən ölkədə təlimlərə qatılması gərəkir. Belə olan halda təcrübəli pilotlar gələcəkdə yerli kadrların hazırlanmasını davam etdirə biləcəklər.

Vahedi İranın hərbi aviasiya sənayesinin nailiyyətlərindən də danışıb. Belə ki, "Şahid Douran" layihəsi çərçivəsində F4 təyyarəsinin radar və silah sistemləri yenilənib

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  



Xəbər lenti