ABŞ və İsrail rəsmiləri Ağ evdə İranı müzakirə ediblər
“Ceyk Sallivan bu gün Ağ Evdə Ron Dermer və Zaxi Henqbi ilə qarşılıqlı maraq doğuran geniş spektrli qlobal və regional məsələlər haqqında danışıb. İki ölkənin rəsmiləri İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və onun regiondakı vasitəçilərinin təhdidləri ilə mübarizə yolları ilə bağlı koordinasiyanın artırılması üçün “ABŞ-İsrail Strateji Məsləhət qrupu”nun mart ayındakı danışıqlarının davam etdirilməsinin vacibliyini vurğulayıblar” – Ağ evin bəyanatında deyilir.
Maraqlıdır ki, Vaşinqtonda bu görüşün keçirildiyi gün İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hər cür addım atacağı barədə xəbərdarlıq edib.
- Mən İranla bağlı bütün xəbərləri görmüşəm, ona görə də həm İrana, həm də beynəlxalq ictimaiyyətə açıq mesajım var: İsrail İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün əlindən gələni edəcək”, - Netanyahu deyib.
AzVision.az