Paşinyan cinayət işi üzrə dindirilib

   Paşinyan cinayət işi üzrə dindirilib
  02 İyun 2023    Oxunub:847
Ermənistanın baş naziri Nikol Paşinyan dövlətə xəyanət maddəsi ilə başlanmış cinayət işi üzrə şahid qismində dindirilib.
AzVision.az xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsinin sədri Argişti Kyaramyan bu gün parlamentdə çıxışı zamanı bildirib.

O, hökumət başçısının məhz şahid qismində dindirildiyini açıqlayıb.

Qeyd edək ki, N.Paşinyan daha əvvəl istintaqa ifadə verməyə hazır olduğunu bildirmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti