Hindistanda qatarlar toqquşdu: 500 yaralı, 70 ölü
Bundan əvvəl “Press Trust of India” agentliyi azı 350 nəfərin xəsarət aldığını bildirib.
Cümə günü yerli vaxtla saat 19.20 radələrində Hindistanın Balasore şəhəri yaxınlığında qatarların toqquşması baş verib. Dəmir yolu orqanlarının yenilənmiş məlumatlarına görə, Kəlkütədən Çennaya gedən sərnişin qatarının 10-12 vaqonu yük qatarı ilə toqquşma nəticəsində relsdən çıxıb və əks yola düşüb. Bir müddətdən sonra daha bir sərnişin qatarı onlara çırpılıb, nəticədə insanların olduğu daha 3-4 vaqon relsdən çıxıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: