"Bayden əsadan istifadə etməlidir" - Ağ evin həkimi
Mütəxəssis ABŞ liderinin yıxılması ilə bağlı əvvəlki hallarına diqqət çəkərək, siyasətçiyə xas olan sərt və çaşqın yerişin çox güman ki, artritdən qaynaqlandığını bildirib. Bu xəstəliklə bir insanın nəyəsə toxunduqda tarazlığını saxlaması çətindir.
Reyner Baydenə ehtiyatlı olmağı tövsiyə edib. Onun fikrincə, Ağ Evin rəhbəri qeyri-sabit səthdə əsadan istifadə edə bilər: "Bu, ən pis fikir olmayacaq".
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden iyunun 1-də Koloradoda ölkənin Hərbi Hava Qüvvələri Akademiyasının məzunları üçün keçirilən buraxılış mərasimi zamanı yıxılıb.
AzVision.az
Teqlər: