Hindistanda 288 nəfərin ölümünə görə matəm elan olundu
“Faciəli Bahanaq dəmir yolu qəzası ilə əlaqədar Odişanın baş naziri Naveen Patnaik bir günlük matəm elan edib”, - deyə bildirilib.
Şənbə günü ştatda bütün şənlik və əyləncə tədbirlərinin keçirilməsi qadağandır.
“Agence France-Presse”in məlumatına görə, Hindistanın şərqində qatarların toqquşması nəticəsində ölənlərin sayı 288-ə, yaralıların sayı isə 900-ə çatıb.
Qəza yerində xilasetmə işlərinə 500-dən çox insan cəlb olunub.
AzVision.az
Teqlər: