Borrel: "Qərb Ukraynada sülh istəyir"

      Borrel:    "Qərb Ukraynada sülh istəyir"
  03 İyun 2023    Oxunub:1259
"Qərb Kiyevə hərbi dəstəyi dayandırsa, Ukraynadakı münaqişə bir neçə həftəyə bitə bilər".
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozep Borrell Sinqapurda keçirilən Şanqri-La Dialoq forumunda deyib:

"Ukraynada müharibəni necə bitirməyin yolunu bilirəm. Bu, çox asandır. Biz Ukraynaya hərbi dəstəyi dayandırırıq və müharibə bir neçə həftəyə bitəcək".

Borrell bu halda Ukraynadakı münaqişənin necə başa çatacağı sualına cavab axtarmağa çalışıb: "Bu vacibdir, ya yox? Əgər vacibdirsə, o zaman biz Ukraynaya hərbi dəstəyi dayandıra bilmərik. Çünki biz kapitulyasiyaya çevriləcək və Ukraynanı ikinci Belarus edəcək sülhü istəmirik".

Borrel vurğulayıb ki, Qərb Ukraynaya hərbi dəstək verməyə davam edəcək, çünki o, Ukraynada sülh istəyir.

AzVision.az


Teqlər: Ukrayna   Müharibə  





Xəbər lenti