ABŞ rəsmisinin İranın BMT-dəki səfiri ilə təmasları

   ABŞ rəsmisinin İranın BMT-dəki səfiri ilə təmasları
  03 İyun 2023    Oxunub:1155
Son vaxtlar bəzi ölkələrin vasitəçiliyi ilə Vaşinqtonla Tehran arasında müəyyən müzakirəlrəin aparıldığı batədə xəbərlər yayılır. Hər iki tərəf bunu inkar etsələr də, bəzi məqamlar ABŞ və İran rəsmiləri arasında təmasların olduğuna şahidlik edir.
AzVision.az xəbər verir ki, ABŞ-ın İran məsələləri üzrə nümayəndəsi Robert Mali İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani ilə bir neçə dəfə görüşüb. “Financial Times” qəzetinin diplomatlara və analitiklərə istinadən yaydığı məlumatda görüşlər çərçivəsində müzakirə olunan məsələlərə də aydınlıq gətirilir.

“Məlumata görə, Amerika rəsmiləri və Avropa Birliyi İranla, xüsusən də ölkənin nüvə proqramı ilə necə qarşılıqlı əlaqədə olmaq barədə danışıqlara başlayıb. Danışıqlarda əsasən İranla məhbusların mübadiləsi imkanları müzakirə olunub. Bu danışıqlar ABŞ-ın keçmiş prezidenti Donald Trampın ölkəsini 2018-ci ildə nüvə sazişi JCPOA (5+1 formatı) planından sonra yəqin ki, Amerika və İran rəsmiləri arasında ilk birbaşa təmasdır. İran və ABŞ arasında uğurlu məhbus mübadiləsi istənilən nüvə danışıqları üçün şəraiti yaxşılaşdıra bilər. Potensial variantlar arasında bir növ müvəqqəti razılaşma və ya hər iki tərəfin gərginliyin azaldılması tədbiri daxildir”, - məlumatda deyilir.

Həmçinin, əsirlərin mübadiləsinuin danışıqlara yol açacağı deyilsə də, nüvə razılaşmasının əldə olunacağı ehtimalının az olduğu vurğulanır. Bununla belə, hansısa müvəqqəti razılaşma və ya dayanma əleyhinə ortaq məxərəcə gəlinə bilməsi qeyd olunur.

Robert Mali və Səid İrəvani arasında danışıqlar mövzusunun gündəmə gəlməsi ilk dəfə deyil. Amma İranın BMT-dəki nümayəndəsi belə xəbərləri təkzib edirdi.
AzVision.az


Teqlər: ABŞ   İran  





Xəbər lenti