İranda daha üç avropalı azadlığa buraxıldı

   İranda daha üç avropalı azadlığa buraxıldı
  03 İyun 2023    Oxunub:982
İyunun 2-də İranda həbsdə olan iki İran-Avstriya vətəndaşının və bir Danimarka vətəndaşının Omanın vasitəçiliyi və Belçikanın dəstəyi ilə nəhayət azadlığa buraxıldığı təsdiqlənib.

AzVision.az xəbər verir ki, İrandakı avropalı məhbusların azadlığa buraxılması Bu barədə Avstriya və Danimarkanın Xarici İşlər nazirlikləri müvafiq məlumatlar yayıblar.
Avstriya Kamran Qadiri və Məsud Müsahibin azad edilməsindən məmnun olduğunu ifadə edərək, onların artıq öz ölkələrinə qayıtdığını təsdiqləyib. Həmçinin, İran-Avstriya ikili vətəndaşığı olan bu şəxslərin azad edilməsində Belçika və Omanın rolunu yüksək qiymətləndirib.

Bəyanatda bu iki vətəndaşın İranda saxlanma illəri çox çətin müddət kimi qiymətləndirilib. Kamran Qadiri yeddi ildən çox, Məsud Müsahib isə dörd ildən artıq həbsdə olub. Hər iki şəxs “casusluq” ittihamı ilə təqsirləndirilərək və mühakimə edilib.
Sərbəst buraxılan Danimarka vətəndaşı olan 3-cü şəxsin kimliyi hələlik açıqlanmır. Bu vətəndaşın ölkəsinə və ailəsinə qayıtmasından “xoşbəxtliyini” ifadə edən Danimarkanın Xarici İşlər naziri Lars Lökke Rasmussen, onun adını açıqlaya bilməyəcəyini deyib. Çünki bu “şəxsi məsələ” olduğundan daha ətraflı məlumat vermək mümkün deyil. Lakin Belçika hökumətinin bəyanatında həmin şəxsin 2022-ci ilin payızında İranda ümummilli etirazlar zamanı həbs olunduğu bildirilir.

İranın Kəşfiyyat nazirliyi 2022-ci ilin sentyabrında Məhsa Əmininin öldürülməsinə cavab olaraq İranın müxtəlif şəhərlərində yaşana xalq etirazlarının ilk həftələrində üzdə və ya pərdə arxasında qiyamçı və dağıdıcı agent adlandırdığı şəxslərin, o cümlədən 9 xarici ölkə vətəndaşının aşkarlanaraq həbs edildiyini bildirmişdi.

AzVision.az


Teqlər: İran   məhbuslar  





Xəbər lenti