Hindistanda qatar qəzası: Ölənlərin sayı 290-a çatıb

   Hindistanda qatar qəzası:    Ölənlərin sayı 290-a çatıb
  03 İyun 2023    Oxunub:1286
Hindistanın Odişa ştatında iki sürətli sərnişin və bir yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 290-a yüksəlib, təxminən 900 nəfər xəsarət alıb.
Baş nazir Narendra Modi gün ərzində hadisənin baş verdiyi əraziyə və xəstələrin müalicə aldığı tibb ocaqlarına baş çəkəcək. Ekspertlər qəzanın texniki səbəbdən, habelə işarəvermə sisteminin çalışmamasından baş verdiyini ehtimal edir. Qəzadan sonra 49 qatarın hərəkəti dayandırılıb, 38 qatar başqa istiqamətə yönləndirilib.

Ölənlərin və xəsarət alanların sayının yüksələ biləcəyi ehtimal edilir. Hökumət ölənlərin ailələrinə və xəsarət alanlara maddi yardım edəcəyini açıqlayıb. Odişa ştatında birgünlük matəm elan olunub.

Qeyd edək ki, hadisə iyunun 2-də yerli vaxtla axşam saat 19:20 radələrində Balasor rayonunun Bahanaqa stansiyası yaxınlığında baş verib. Kolkatadan Çennay şəhərinə gedən sərnişin qatarı relsdən çıxaraq əks istiqamətdəki Benqaluru-Hovrah sərnişin qatarı və dəmir yüklü qatara çırpılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti