Ərdoğan and içib

    Ərdoğan and içib
  03 İyun 2023    Oxunub:1434
Türkiyə Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilmiş Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimi keçirilib.
Rəcəb Tayyib Ərdoğanı inaqurasiya mərasiminin keçirildiyi Türkiyə Böyük Millət Məclisində parlamentə sədrlik edən Dövlət Bağçalı qarşılayıb. Dövlət Bağçalı Rəcəb Tayyib Ərdoğanın Türkiyə Respublikasının Prezidenti seçilməsinə dair protokolu ona təqdim edib. Sonra Rəcəb Tayyib Ərdoğan and içib.

Türkiyə Böyük Millət Məclisindəki inaqurasiya mərasimindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbri ziyarət edib.

Dövlət başçısı Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib. Türkiyə Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbrin Xatirə kitabını imzalayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti