İsrailin 2 əsgəri öldürülüb

   İsrailin 2 əsgəri öldürülüb
  03 İyun 2023    Oxunub:802
İsrailin Müdafiə Nazirliyi Misirlə sərhəddə baş verən silahlı atışmada iki israilli əsgərin öldürülməsi, bir zabitin isə yaralanması barədə məlumat yayıb.
İsrailli əsgərlərə hücum edən terrorçu da öldürülüb. Həlak olan israilli əsgərlərdən biri qadındır. Terror təhlükəsinə qarşı səfərbər olan İsrail ordusu sərhəd zonasında nəzarəti gücləndirib.

Misir tərəfi sərhəddə baş verən insidentlə bağlı məlumat verməyib. Bu ölkənin ordusu 12 ildir ki, İsraillə sərhəddə - Sinay yarımadasının şimalında terrorçulara qarşı hərbi əməliyyatlar aparır.

Xatırladaq ki, Misir 1978-ci il Kemp-Devid razılaşmasından sonra İsraillə sülh bağlayan ilk ərəb ölkəsidir və bəzən narkotik qaçaqmalçıları ilə İsrail əsgərləri arasında silahlı atışmalar olsa da, iki ölkənin sərhədində vəziyyət sabitdir.

AzVision.az


Teqlər:





Xəbər lenti