İranda zaminə buraxılan etirazçılar yenidən həbs olunurlar

   İranda zaminə buraxılan etirazçılar yenidən həbs olunurlar
  03 İyun 2023    Oxunub:1085

İrandakı teokratik rejim etirazçılara qarşı repressiya siyasətində ikibaşlı taktiladan da istifadə edir. Məhkəmənin qərarı ilə zaminə buraxılan adamlar tezliklə, hətta bir neçə saatdan sonra belə, həbsxanalara atılır və onlar yeni “cinayət əməlləri”nə görə mühakimə olunurlar.
AzVision.az məhbuslara və fəallara məsləhət və hüquqi təlimlər verən Twitter-dəki “Dadban” hesabına istinadən bildirir ki, bu il 1evralın 1-dən həbs olunan, bir ay harada saxlanıldığı və vəziyyəti barədə heç bir məlumat verilməyən, kiberməkan fəalı, hazırda İsfahanın Dəstgərd həbsxanasında saxlanılan etirazçı Mahmud Mehrabi “yer üzərinndə fəsad” ittihamı ilə mühakimə edilib.

“Martın 4-də zaminə buraxılan Mahmud Mehrabi cəmi bir neçə saatdan sonra SEPAH kəşfiyyatçıları tərəfindən İsfahanın Mübarəkə şəhərində atasının evində yenidən həbs edilib. İsfahandakı Dəstgərd həbsxanasındakı SEPAH kəşfiyyat bölməsində dörd aylıq məhbəsdən sonra o, hələ də vəkillə görüşməkdən məhrumdur. Onun fiziki vəziyyəti də müstəntiqlərin işgəncə və təqibləri nəticəsində aldığı xəsarətlər səbəbindən çox əlverişsizdir. Uzun sürən döyülmə və işgəncələr nəticəsində onda qarın yırtığı əmələ gəlib və məhkəmə orqanları, xüsusən də Mübarəkə prokurorluğunun ikinci şöbəsinin müstəntiqi SEPAH kəşfiyyatının təzyiqi ilə onun tibbi xidmətlərdən istifadəsinə qeyri-qanuni yollarla tamamilə mane olurlar”, - məlumatda deyilir.

Həmçinin SEPAH kəşfiyyatının Mahmud Mehrabiyə qarşı geniş miqyaslı iş başlatdığı və buna təxminən 50-yə yaxın şəxsi iddiaçını, ümumilikdə şəhərin nüfuzlu adamlarını da qatdığı bildirilir. Halbuki, Mahmud, sadəcə, kiberməkanda fəallığı ilə seçilən etirazçıdır.

AzVision.az




Teqlər: İran   həbslər  





Xəbər lenti