Zelenski: "Bəzi NATO ölkələri Rusiyadan qorxurlar"

      Zelenski:    "Bəzi NATO ölkələri Rusiyadan qorxurlar"
  03 İyun 2023    Oxunub:1412
“Bəzi NATO ölkələri Rusiyadan o qədər qorxurlar ki, Ukraynanı blokda görməyə hazır deyillər. Əgər bizi görmürlərsə və Vilnüsdə hansısa siqnal vermirlərsə, hesab edirəm ki, Ukraynanın bu sammitdə heç bir əlaqəsi yoxdur”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Wall Street Journal” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, Ukrayna indi yox, müharibədən sonra Alyansa üzv olmağa çalışır.

Ukrayna prezidenti əlavə edib ki, o, başa düşür ki, silahlı münaqişə davam etdiyi bir vaxtda Ukrayna NATO-ya daxil ola bilməz: “Ancaq mənə deyin, Vilnüs sammitində “Ukrayna bu müharibədən sonra NATO-da olacaq” ifadəsi neçə insanın həyatına dəyər?”.

AzVision.az


Teqlər:





Xəbər lenti