Ərdoğan yeni hökumətin bu axşam açıqlanacağını deyib

 Ərdoğan yeni hökumətin bu axşam açıqlanacağını deyib
  03 İyun 2023    Oxunub:838
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin ilk iclasının keçiriləcəyi tarixi açıqlayıb.
AzVision.az
xəbər verir ki, bu barədə Türkiyə lideri səlahiyyətlərinin icrasına başlama mərasimində çıxışında bildirib.

Ərdoğan hökumətin yeni kabinetinin bu axşam açıqlanacağını diqqətə çatdırıb: “Gələn həftənin ikinci günü yeni hökumətin iclası keçiriləcək”.

Eyni zamanda dövlət başçısı ölkəsinin səsvermənin başa çatması ilə yeni yola, Türkiyə Yüz İlinə başladığını vurğulayıb.

AzVision.az



Teqlər: Ərdoğan   Hökumət  





Xəbər lenti