İran və Səudiyyə Ərəbistanı dəniz ittifaqı yaratmaq istəyirlər

İran və Səudiyyə Ərəbistanı dəniz ittifaqı yaratmaq istəyirlər
  03 İyun 2023    Oxunub:1018
İran və Səudiyyə Ərəbistanı dəniz ittifaqı yaratmaq niyyətindədir.Yeni dəniz ittifaqına İran və Səudiyyə Ərəbistanı daxil olacaq.
AzVision.az xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani deyib.

İrani İran televiziyasında çıxışı zamanı yeni dəniz ittifaqının yaradıldığını açıqlayıb.

“Bir sıra region ölkələri, o cümlədən İran və Səudiyyə Ərəbistanı Hind okeanının şimalında yeni dəniz koalisiyası yaratmağa hazırlaşır.

İran və Oman keçmişdə bir neçə müştərək dəniz təlimi keçirsə də, İran bildirib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, İraq, Pakistan və Hindistan da daxil olmaqla, digər ölkələr indi kollektiv dəniz əməkdaşlığına can atır.

İran Hərbi Dəniz Qüvvələrinin komandanı BƏƏ-nin Fars körfəzindəki ABŞ-ın rəhbərlik etdiyi dəniz koalisiyasından çıxdığını təsdiqləyib.

İrani bildirib ki, hazırda yeni regional və regiondankənar koalisiyalar yaradılır.

AzVision.az



Teqlər: İran    





Xəbər lenti