Ərdoğan Türkiyənin yeni hökumətini açıqlayıb

 Ərdoğan Türkiyənin yeni hökumətini açıqlayıb
  03 İyun 2023    Oxunub:1540
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə dövlət başçısı mətbuat konfransında bildirib.

Belə ki, yeni kabinetə ədliyyə naziri Yılmaz Tunc, ailə və sosial təminat naziri Mahinur Özdemir Göktaş, gənclər və idman naziri Osman Aşkın Bak, energetika naziri Alparslan Bayraktar, müdafiə naziri Yaşar Gülür, daxili işlər naziri Ali Yerlikaya, xarici işlər naziri Hakan Fidan, maliyyə və xəzinə naziri Mehmet Şimşek, səhiyyə naziri Fahrettin Koca, sənaye naziri Mehmet Fatih Kaçır, kənd təsərrüfatı və meşə naziri İbrahim Kumaklu, mədəniyyət və turizim naziri Mehmet Ersoy ticarət naziri Ömer Bolat, təhsil naziri Yusuf Tekin, Prezidentin köməkçisi isə Cevdet Yılmaz təyin olunublar.

AzVision.az



Teqlər: Ərdoğan   Yeni-Hökumət  





Xəbər lenti