“Bayraktara tost qaldırmağı unutma, Nikol!”

    “Bayraktara tost qaldırmağı unutma, Nikol!”
  04 İyun 2023    Oxunub:777
“Nikol, Atatürkün məzarına get və onun 100 illik planını uğurla həyata keçirdiyini bildir”.
AzVision.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.

Paşinyanın ötən gün Ankaraya səfər edərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılması siyasətçinin hiddətinə səbəb olub.

“Bayraktara tost qaldırmağı unutma, Nikol!”, – deyə Eduard Şarmazanov Paşinyana səslənib.

“Nikol, Ərdoğanla stəkan şaqqıldadanda xatırla ki, Şuşanı əldə edəndən sonra “böyük qardaşınız” Ərdoğan demişdi: “Ənvər paşanın ruhu şad oldu, qardaşlarımız Şuşanı ələ keçirdilər”, – deyə erməni siyasətçi mənfur niyyətini ortaya qoyub./Konkret.az

AzVision.az


Teqlər: Paşinyan  





Xəbər lenti