Sabiqlər yeni nazirləri güllərlə təbrik etdilər - FOTO

   Sabiqlər yeni nazirləri güllərlə təbrik etdilər -    FOTO
  04 İyun 2023    Oxunub:1313
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən yeni kabineti açıqlayıb. Bu gün 8 nazirin təhvil-təslim mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır vəzifəsini Mustafa Varankdan, Xəzinə və maliyyə naziri Mehmet Şimşək Nurəddin Nebatidən, Daxili işlər naziri Əli Yerlikaya vəzifəsini Süleyman Soyludan, Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki vəzifəsini Murat Kurumdan , Milli Təhsil Naziri Yusuf Tekin vəzifəsini Mahmud Özerdən , Ədliyyə naziri Yılmaz Tunç Bəkir Bozdağdan, Ticarət naziri Ömər Bolat vəzifəsini Mehmet Muşdan, Kənd Təsərrüfatı Naziri İbrahim Yumaklı vəzifəsini Vahit Kirişçidən təhvil alıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Kabinet  





Xəbər lenti