Rusiya Ermənistandakı helikopterlərini havaya qaldırdı

Rusiya Ermənistandakı helikopterlərini havaya qaldırdı
  05 İyun 2023    Oxunub:1552
Ermənistanda yerləşən Cənub Hərbi Dairəsinin aviasiyasının Mi-8MTV-5 və Ka-52 helikopterlərinin ekipajları yüksək dağlarda təlim uçuşları həyata keçiriblər.
AzVision.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Dağlıq ərazilərdə aparılan uçuşlar zamanı ekipajlar ayrı-ayrılıqda, cüt şəkildə və komandalar dormasında müxtəlif hündürlüklərdə, o cümlədən aşağı məsafələrdə mürəkkəb akrobatika və manevr elementlərini işləyərək məşq ediblər.

Qeyd edilir ki, təlimdə aviasiya ilə yanaşı mühəndis heyətinin 110-dan çox hərbi qulluqçusu iştirak edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti