ABŞ və Britaniya gəmiləri SEPAH-ın sürətli qayıqlarını geri qovublar
“Hörmüz boğazının beynəlxalq sularında beynəlxalq bayraq altında üzən bu ticarət gəmisinin heyəti bazar günü axşam saat 16:56-da yardım çağırışında bildirib ki, silahlı şəxsi heyətlə birlikdə SEPAH-ın üç sürətli qayığı onlara yaxınlaşaraq, gəmini yaxın məsafədən təqib edirlər. Bölgədə olan ABŞ Hərbi Dəniz qüvvələrinə məxsus “USS McFall” esminesi və Britaniya Kral donanmasının freqatı “HMS Lancaster” ticarət gəmisinin kömək istəyini aldıqdan sonra cavab veriblər”, - bəyanatda deyilir.
Ticarət gəmisinin olduğu yerə İngilis freqatı bir helikopter, “USS McFall” esminesi isə dəniz patrul təyyarəsi göndərib. Amerika və Britaniya qüvvələrinin hərəkətlərindən bir saat sonra ticarət gəmisi zəng vuraraq sürətli qayıqların təqibi dayandırdığını və ərazini tərk etdiklərini bildirib.
AzVision.az