İranda ölüm cəzasına məhkum olunmuş etirazçının vəziyyəti pisləşib

   İranda ölüm cəzasına məhkum olunmuş etirazçının vəziyyəti pisləşib
  05 İyun 2023    Oxunub:945
İranın teokratik rejimi etiraçıları yalan nittihamlar, zorakılıq və işgəncələr yoli ilə alınan etiraflar əsasında mühakimə etməklə kifayətlənməyib, məhbusları həm də dözülməz şəraitdə saxlayır. Bunun nəticəsində hətta həbsxanada dünyasını dəyişənlər də olub.
AzVision.az bildirir ki, bu dəfə ölüm faciəsi hələlik sovuşsa da, ötən il oktyabr ayının əvvəllərində həbs olunaraq edam cəzasına məhkum edilən, Zahidan həbsxanasında təhlükəsizlik qüvvələri tərəfindən şiddətli şəkildə döyülən 18 yaşlı Şüeyb Mirbəluçzəhinin fiziki vəziyyəti “ağırdır”. Sistan və Bəluçistandakı insan haqları pozuntularını, eləcə də etirazları işıqlandıran “Haalvsh” belə xəbər yayıb.

“Edam cəzasına məhkum edilmiş etirazçı yeniyetmə Şüeyb Mirbəluçzəhi Zahidan həbsxanasının 9-cu palatasında zabitlər tərəfindən döyülüb. Başından zədə alması və qanaxma başlaması nəticəsində vəziyyətinin kritik olmasına baxmayaraq, Zahidan həbsxanasının rəhbərliyi ona tibbi yardım göstərmək və müalicə etmək istəmir” - məlumatda deyilir.

Xəbərdə bundan əvvəl də, Mirbəluçzəhiyə qarşı ölüm hökmü çıxarıldıqdan sonra belə, Zahidan Mərkəzi həbsxanasında ona verilən işgəncələrin, göstərilən mənəvi və fiziki təzyiqlərin davam etdirildiyi urğulanıb.

2002-ci ildə Zahidanda anadan olmuş Şüeyb Mirbəluçzəhi, Zahdanın Qanlı Cüməsində təhlükəsizlik qüvvələri tərəfindən yüzə yaxın həmyerlisinin öldürülməsindən bir neçə gün sonra, oktyabrın 5-də dərman almaq üçün evindən çıxarkən kəşfiyyat qüvvələri tərəfindən aptek qarşısında həbs olunub.

Bir müddət sonra, Bəluc fəalları kampaniyası “yer üzündə fəsad”da günahlandırılan Şüeyb Mirbəluçzəhinin “Nuri Məhkəmə kompleksi Cinayət məhkəməsinin 2-ci şöbəsi” tərəfindən “ölüm” cəzasına məhkum edildiyini açıqlamışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti