Financial Times: "Kral ailəsinin üzvü 130 ildən sonra ilk dəfə məhkəməyə çıxacaq"
Söhbət şahzadə Harrinin qeyri-qanuni məlumat toplamaqda ittiham etdiyi Daily Mirror-a qarşı prosesdən gedir. Şahzadənin sözlərinə görə, onun həyatı ilə bağlı 140-a yaxın məqalədə qeyri-qanuni yolla əldə edilmiş məlumatlar yer alıb.
Nəşr iddia edir ki, şahzadə haqqında bir çox xəbərlər kral ailəsinin üzvlərindən əldə edilən məlumatlara əsaslanır.
Bu, 1890-cı ildə baş vermiş məşhur qalmaqaldan, dələduzluqda ittiham olunan kart oyunçusunun Uels Şahzadəsinə qarşı böhtan iddiası qaldırmasından sonra kral ailəsi üzvünün ilk dəfə məhkəmədə ifadə verməsi halıdır.
Tural Tağıyev
AzVision.az
Teqlər: