İran məhkəməsi qadınların çılpaq şəkildə yoxlanılmasını dəstəklədi

   İran məhkəməsi qadınların çılpaq şəkildə yoxlanılmasını dəstəklədi
  05 İyun 2023    Oxunub:882
Teokratik hakimiyyət rejimi “Hicab və iffət” qanunu çərçivəsində qadınları məcburi qaydada hicab örtməyə məcbur etdiyi halda, İran məhkəməsi məntiqlə bu qanuna tam zidd olan qərar çıxarıb.
AzVision.az xəbər verir ki, tam fiziki müayinəni təsdiqləyən İran məkəməsi qadınların çılpaq şəkildə yoxlanılmasını qanuni sayıb. Məhkəmə öz verdiktini “bütün bədən müayinəsinə ehtiyac olduğu” hallarda bu növ fiziki müayinə insanların “hüquqi, şəriət və şəxsi həyatın toxunulmazlığı standartlarına uyğun olaraq” həyata keçirilməsi və qadın məhbusların yoxlanışının isə ancaq qadın zabitlərin aparması iddiası ilə əsaslandırıb.

Bu, bir neçə siyasi və vətəndaş fəalının saxlanıldıqdan sonra zabitlər qarşısında “tam çılpaqlıq göstərməyə” məcbur edildiyini açıqlamasına İran məhkəmə sisteminin cavabıdır. Lakin məhkəmə qadın məhbusların “hüquqi, şəriət və şəxsi həyatın toxunulmazlığı standartlarına uyğun olaraq” tam fiziki müayinənin necə aparılmasını izah etməyib.

Qadın hüquqları müdafiəçisi Müjgan Keşavərz Qərçək həbsxanasına girməzdən əvvəl bədəninin çılpaq fotoşəkillərinin çəkildiyi barədə məlumat verdikdən sonra, digər vətəndaş fəalı Zeynəb Zamaninin də, son həbsi zamanı fərdi kameranın qarşısında soyunmağa məcbur olunduğunu bildirməsinə rəğmən, Məhkəmə media mərkəzi onun dediklərini təkzib edərək, bu yoxlamalar zamanı “heç bir görüntünün qeydə alınmadığını” açıqlayıb.

Gender bərabərliyi fəalı Nəsibə Şəmsayi, vətəndaş fəalı Şapərk Şəcərizad, jurnalist və qadın hüquqları müdafiəçisi Nəyimə Dustdar da, İran həbsxanalarında və təcridxanalarında çılpaq axtarışlar hallarını təsdiqləyərək, Twitter-də bu təcrübənin “dəhşətli”, “alçaldıcı” və “ruhi işgəncə” olduğunu yazıblar.
AzVision.az


Teqlər: İran   qadınlar  





Xəbər lenti