Nərgiz Məhəmmədi BMT İnsan Haqları şurasını tənqid edib

   Nərgiz Məhəmmədi BMT İnsan Haqları şurasını tənqid edib
  06 İyun 2023    Oxunub:890
“İran hökuməti şübhəsiz ki, dünyada insan haqlarını ən çox pozanlardan biridir”. İran nümayəndəsinin BMT ictimai assambleyasının rəhbəri seçilməsi ilə bağlı BMT-nin İnsan Haqları şurasının rəhbərinə həbsdə olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin ünvanladığı tənqidi məktubda belə deyilir.
AzVision.az xəbər verir ki, BMT-nin İnsan Haqları şurasının rəhbəri Vatslav Balka yazdığı məktubda Nərgiz Məhəmmədi İran hakimiyyəti tərəfindən küçə qətlləri, kütləvi edamları, etirazçılara və tənqidçilərə işgəncələri, təcridxanalarda etiraz edən qadınlara hücumları və təcavüzləri xatırladıb.

“Mənim hər bir iddiamla bağlı Evin həbsxanasından sənədlərim var. Hakimiyyətin öz əleyhdarları, etirazçıları və hətta tənqidçiləri ilə rəftar etdiyi yeganə yol repressiya, işgəncə, təkadamlıq kamera, həbs, edam, məhrumiyyət və qətldir. İnsan Hüquqları şurasının bu hərəkəti ziddiyyətli, qeyri-müəyyən və məyusedicidir. Bu şura İrana “İranda vətəndaş institutları necə olacaq?” sualını veribmi və bu şura mənim kimi İranın insan haqları qurumlarının məhbus üzvlərini öz məclisinə dəvət edib, onların iştirakına zəmanət verə bilərmi?” - Məhəmmədi yazıb.

Sonda hüquq müdafiəçisi BMT-nin İnsan Hüquqları şurasını vətəndaş fəalları üçün sığınacaq və dəstək adlandıraraq, İranın bu şuranın “İctimai Assambleyası”nın sədrliyindən uzaqlaşdırılmasını, bu şuranın İranda insan haqlarının təməlini müdafiə etmək üçün təcili və mənalı addımlar atması tələbini qoyub.
İranın insan haqlarının dəfələrlə pozulmasına görə bu şuranın xüsusi məruzəçi təyin etdiyi ölkələrdən biri olmasına baxmayaraq, İran nümayəndəsi bu iclasa sədrlik etmək üçün namizəd göstərilib.

İranın BMT-nin Cenevrədəki ofisindəki səfiri Əli Bəhreyni mayın 10-da BMT-nin İnsan Haqları şurasında “İctimai Assambleya”nın rəhbəri təyin edilib.
İran hökumətinin nümayəndəsinin bu şuranın “İctimai Məclisi”nin rəhbəri təyin edilməsi yalnız İrandakı siyasi və hüquq müdafiəçilərinin tənqidi ilə üzləşməyib.
Beynəlxalq insan haqları hüquqşünası və “UN Observer” qeyri-hökumət təşkilatının direktoru Yelel Nouer ötən həftə öz Twitter hesabında bu reallığı tənqid edib.

- Bu gün biz İranın BMT İnsan Haqları şurasının Sosial Assambleyasının rəhbəri təyin olunmasının ləğvi ilə bağlı qətnamə layihəsini BMT-yə təqdim etdik. Bu təhqirə, ədalətsizliyə dözmək olmaz. Biz susmayacağıq”, - Yelel Nouer vurğulayıb.

AzVision.az






Teqlər: BMT   İran  





Xəbər lenti