Avstriya və Slovakiyada rusiyayönlü siyasətçilər artır

   Avstriya və Slovakiyada rusiyayönlü siyasətçilər artır
  06 İyun 2023    Oxunub:862
Rusiyapərəst və anti-amerikan fikirləri ilə tanınan Avstriya siyasətçisi Herbert Kiklin ölkənin növbəti lideri olmaq şansı yüksəkdir.
Bu barədə Politico nəşri yazıb. Nəşr qeyd edib ki, Kiklin rəhbərlik etdiyi ifrat sağçı Azadlıq Partiyası noyabrdan bəri ölkə üzrə keçirilən sorğularda liderdir. Bundan əvvəl siyasətçi anti-Rusiya sanksiyalarının qəbuluna mane olmaq üçün veto hüququndan istifadə edəcəyinə söz vermişdi.

Qeyd olunub ki, Avstriya regionda Rusiyameylli yeganə ölkə deyil. Belə ki, Slovakiya da populizmin canlanma astanasındadır. Avropa rəsmiləri xəbərdarlıq edir ki, Slovakiya və Avstriyada rusiyayönlü qüvvələrin qələbəsi Rusiya prezidenti Vladimir Putinə Ukraynaya qarşı güclü alət verəcək və onun sanksiyaları və Aİ-nin Ukraynaya yardım səylərini sarsıtmasını asanlaşdıracaq.

"Globsec" analitik mərkəzinin sorğusunun nəticələri göstərdi ki, Slovakiya Şərqi Avropanın ən rusofil ölkəsidir və Ukrayna münaqişəsi ilə bağlı məsələlərdə ən çox Rusiya Federasiyasına rəğbət bəsləyir.

AzVision.az


Teqlər:





Xəbər lenti