Fransa NATO-nun Yaponiyadakı ofisinin açılmasına qarşıdır

   Fransa NATO-nun Yaponiyadakı ofisinin açılmasına qarşıdır
  07 İyun 2023    Oxunub:737
Fransa Tokioda NATO-nun əlaqə ofisinin açılmasına qarşıdır.
Bu barədə Yaponiyanın NHK telekanalına diplomatik mənbə məlumat verib. Paris bildirib ki, NATO Şimali Atlantika regionunda təhlükəsizliyə cavabdeh olan təşkilatdır və onun fəaliyyəti yalnız bu ərazini əhatə etməlidir.

Mənbənin sözlərinə görə, əgər NATO-nun Hind-Sakit okean regionunda vəziyyətə nəzarət etməsi lazımdırsa, o zaman ona üzv olan ölkələrin səfirlikləri bu rolu öz üzərinə götürməlidir.

Fransanın belə mövqeyi, müşahidəçilərin fikrincə, Parisin Pekini qıcıqlandırmaqdan qorxması ilə bağlıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti