SEPAH ticarət gəmisini izləməsi xəbərini təkzib etdi

   SEPAH ticarət gəmisini izləməsi xəbərini təkzib etdi
  07 İyun 2023    Oxunub:944
Bir neçə gün əvvəl ABŞ Hərbi Dəniz qüvvələri İran hərbi sürət qayıqlarının Hörmüz boğazında kommersiya gəmisini “təqib etdiyi” barədə məlumat yaymışdı. İran tərəfi bu xəbərin səhih olmadığını bildirib.
AzVision.az bildirir ki, bu xəbər təkzib edən SEPAH-ın 1-ci Dəniz Bölgəsinin komandiri admiral Abbas Qulamşahi İran qayıqlarının mülki oluqlarını və məhz onların ticarət gəmisinə yardım etdiklərini açıqlayıb.

“Bunlar mülki qayıqlar idi və Hörmüz boğazının komanda-nəzarət bölməsi Marşal adaları bayrağı altında üzən ticarət gəmisinin kömək istəməsindən xəbər tutandan sonra onun kapitanına yardım edib. Sözügedən gəminin kapitanı çaşqınlıq və narahatlığı aradan qaldırıldıqdan sonra təşəkkürünü bildirib və inamla səyahətinə davam edib. Hörmüz boğazından və Fars körfəzindən tranzit keçən gəmilərin təhlükəsizliyinin təminatı, yardımın göstərilməsi və yardım sorğusuna vaxtında cavab verilməsi məsələsi yeni deyil, daimi məsələ olub və mütləq davam edəcək” - Qulamşahi deyib.

Qeyd edək ki, bazar günü ABŞ Hərbi Dəniz qüvvələri Britaniya Kral donanması ilə birlikdə dənizçilərinin Hörmüz boğazında SEPAH-ın sürətli qayıqlarının izlədiyi ticarət gəmisinin kömək istəyinə cavab verərək hadisə yerinə gəldiklərini və onların müdaxiləsindən sonra SEPAH qayıqlarının bölgəni tərk etdiyini bildiriblər.

AzVision.az


Teqlər: ABŞ   İran  





Xəbər lenti