Suzan Elliott: "Bölgədə sülhün olması inkişaf üçün vacibdir"

O vurğulayıb ki, bölgədə sülhün olması inkişaf üçün vacibdir. “Görünən odur ki, bu işlərdə ABŞ və Avropa İttifaqı da yaxından iştirak edir. Biz burada sabitlik və sülhün olmasında maraqlıyıq. Moldova, Brüssel və Vaşinqtonda görüşlər keçirilib. Bölgədə sülh və davamlı inkişaf üçün atılan belə addımlar vacibdir.
Burada kimin qalib, kimin məğlub olmasını müzakirə etmək uğursuz yanaşmadır. Bakı ilə İrəvan arasında enerji resursları və kommunikasiyalarla bağlı müzakirələr davam etməkdədir. Düşünürəm ki, ölkələr arasındakı belə müzakirələr gələcək üçün xüsusi əhəmiyyət kəsb edir”.
AzVision.az
Teqlər: