Paşinyan Rusiyaya getdi

   Paşinyan Rusiyaya getdi
  07 İyun 2023    Oxunub:727
Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
İşgüzar səfər iyunun 7-9-da davam edəcək. Baş nazir Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının, eləcə də MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclaslarında iştirak edəcək.

Bundan başqa, Nikol Paşinyan Avrasiya Konqresinə də qatılacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Paşinyan  





Xəbər lenti