SEPAH-ın “hipersəsli” raketinə Vaşinqtondan və Londondan reaksiya
“Bayden hökuməti (öz işinə başlayandan) İranın regionda sabitliyi pozan fəaliyyətlərinə, xüsusən də bu ölkənin qabaqcıl ballistik raket proqramının inkişafına qarşı çox aydın, dəqiq və qətiyyətli mövqe nümayiş etdirir. Mən bu iddia edilən hipersəs raketlə bağlı xəbərlərin təfərrüatları barədə danışmayacağam. Biz sanksiyalarımızı çox aydın şəkildə tətbiq etmişik və İranın ballistik raket proqramı da daxil olmaqla, regiondakı fəaliyyəti ilə faktiki şəkildə qarşı-qarşıyayıq.”
Britaniya Xarici İşlər nazirliyinin sözçüsü də açıqlamasında İran hökumətini və onun raket proqramını dünya üçün təhlükə adlandırıb.
- BMT Təhlükəsizlik Şurasının raket proqramını dəfələrlə dayandırmağı tələbi etməsinə baxmayaraq, İran yeni ballistik raket istehsal etdiyini açıqlayıb və bu, İranın oxşar qabiliyyətə malik ballistik raketi uğurla buraxdığı iddiasından cəmi bir neçə həftə sonra olub. Bu isə onu göstərir ki, İran davamlı beynəlxalq məhdudiyyətlərə məhəl qoymur və bu hökumət qlobal təhlükəsizliyə ciddi təhlükə yaradır”, - bəyənatda vurğulanır.
Qeyd edək ki, iyunun 6-da SEPAH “Fəttah” adlı “hipersonik” raket nümayiş etdirdiyini açıqladı. “Hipersonik” səsdən 15 dəfə çox sürətlə uça bilən səsdən sürətli raket növüdür. İranın dövlət mediası və SEPAH rəsmiləri “Fəttah” adlı bu raketin “bütün raketdən müdafiə sistemlərindən keçə biləcəyini” iddia etsələr də, bu iddianın sübutu təqdim olunmayıb.
AzVision.az